Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Misirin Cənubi Koreya ilə 100 ədəd FA-50 döyüş təyyarəsinin alınmasını əhatə edən böyük müdafiə müqaviləsi imzalamağa yaxın olduğu bildirilir.
Bu kontekstdə sövdələşmənin dəyərinin 1 milyard dolları keçdiyi iddia edilir.
“DefenseWeb”in məlumatına görə, Misirin Cənubi Koreyadakı səfiri Xalid Əbdülrəhman Koreya Aerokosmik Sənayesi (KAI) ilə danışıqların demək olar ki, tamamlandığını və sazişin texnologiya transferini əhatə edəcəyini təsdiqləyib.
İlkin tədarüklərə 36 təyyarənin daxil olacağı, qalan 70 təyyarənin isə yerli olaraq Misirdə, çox güman ki, Helvan istehsalat müəssisəsində yığılacağı gözlənilir.
Müqavilə, həmçinin Misirin aviasiya sənayesinin inkişafını dəstəkləmək, eləcə də Afrika və Yaxın Şərqdə strateji müdafiə əlaqələrini genişləndirmək məqsədi daşıyır.
Sevinc Əliyeva
Ordu.az