Fransa Prezidenti Mayottada arxipelaqın bərpası proqramını müzakirə edəcək

2025/03/1741014406.jpg
Oxunub: 7062     10:11     21 Aprel 2025    
Fransa Prezidenti Emmanuel Makron beşgünlük səfərlə Mayottaya gedib.

Ordu.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

E.Makron Mayottadan videokonfransa qoşularaq Nazirlər Şurasının iclasında iştirak edəcək. İclasda qeyri-qanuni miqrasiya ilə mübarizəyə dair bəndin də daxil olduğu arxipelaqın bərpası proqramı təqdim ediləcək.

Bununla yanaşı, Fransa Prezidenti dağıdıcı "Şido" qasırğasından dörd ay sonra Mayottanın bərpası məsələsini müzakirə edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Mayotta  


Bizi "telegram"da izləyin