Dövlət Departamenti: ABŞ Ukraynada hərtərəfli atəşkəsə sadiqdir

2025/01/1737778567.jpg
Oxunub: 745     07:34     21 Aprel 2025    
“Amerika Birləşmiş Ştatları Ukraynada tam və hərtərəfli atəşkəsə sadiqdir.”

Ordu.az xəbər verir ki, bu sözlər ABŞ Dövlət Departamentinin Ukrayna böhranı ilə bağlı açıqlamasında yer alıb.

"Biz tam və hərtərəfli atəşkəsə nail olmaq öhdəliyimizə sadiq qalırıq. Dövlət katibi Marko Rubionun Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla telefon danışığında və ötən həftə Parisdə ümidverici müzakirələr apararkən dediyi kimi, bütün tərəflər buna sadiq olarsa, sülh mümkündür”, - açıqlamada deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin