ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində 4 nəfər ölüb

2025/04/1743580580.jpg
Oxunub: 348     11:45     02 Aprel 2025    
ABŞ-ın Yəmənin Hudeyda əyalətinə endirdiyi hava zərbələri nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə husi Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi özünün sosial şəbəkə hesabında bildirib.

Məlumatlara görə, ABŞ husilərin nəzarətində olan ərazilərə, o cümlədən Hudeydadakı su infrastrukturuna, Həccə və Səadaya bölgələrinə zərbələr endirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Yəməndə husilərə qarşı zərbələri uzun müddət davam etdirəcəyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yəmən  


Bizi "telegram"da izləyin