Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
ASELSAN tərəfindən hazırlanan sistem Türkiyə Silahlı Qüvvələri tərəfindən aktiv şəkildə istifadə olunur.
Beşparmak dağlarının zirvəsində yerləşən ASELSAN VURAL Mobil REM Sistemi (REDET-II) Cənubi Kipr Milli Qvardiya qüvvələrini iflic vəziyyətinə salıb.
Yunanıstan xəbər saytı “Sigmaliva”nın məlumatına görə, bölgədə TRS-22XX uzun mənzilli hava axtarış radarı ilə birlikdə çalışan VURAL yunan tərəfinin rabitə kanallarını pozaraq, əhəmiyyətli uğur nümayiş etdirir.
Digər tərəfdən, “Sigmaliva”nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələri bölgədə daha bir radardan da fəal şəkildə istifadə edir.
ASELSAN tərəfindən də hazırlanmış STR 700G Silah Aşkarlama Radarı Şimali Kipr Türk Respublikasında yerləşdirilib və sülh mühitini təhdid edə biləcək hər hansı bir əlaqəni aşkar etmək üçün VURAL ilə eyni şəbəkə üzərində işləyir.

Sevinc Əliyeva
Ordu.az