İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 20-dən çox insan ölüb

2025/04/1743576658.jpg
Oxunub: 375     10:38     02 Aprel 2025    
Qəzza zolağının mərkəzi və cənub rayonlarına İsrail Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində 20-dən çox insan həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.

"İsrailin aprelin 2-də Qəzza zolağının mərkəzi və cənub rayonlarına hücumları nəticəsində 21 nəfər həlak olub", - telekanal bildirib.

Məlumata görə, Xan-Yunis və Rəfah şəhərlərindəki yaşayış evlərinə və qaçqın çadırlarına da zərbələr endirilib.

İsrailin müdafiə naziri İsrael Katz ordunun Qəzza zolağında əməliyyatlarının genişləndirildiyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin