Amerikalı hərbçilər Litvada maşını bataqlıqdan çıxarmağa çalışarkən həlak olublar

2025/04/1743576611.jpg
Oxunub: 371     10:31     02 Aprel 2025    
Dörd amerikalı hərbçi Litvada maşını bataqlıqdan çıxarmağa çalışarkən həlak olub.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, hərbçilər hərbi maşını bataqlıqdan çıxarmaq üçün göndəriliblər. ABŞ ordusu hadisənin səbəbini araşdırır.

Qeyd edək ki, martın 25-i axşam saatlarında Litvanın Pabradedəki mərkəzi hərbi poliqonunda təlimlərdən sonra dörd amerikalı hərbçi “M88 Hercules” zirehli təmir-təxliyə maşını ilə yola düşüb və itkin düşüb. Helikopterlərin iştirakı ilə uzunmüddətli axtarışlardan sonra maşın bataqlıqda aşkar edilib. Daha əvvəl verilən məlumata görə, ABŞ ordusunun dörd hərbçisi həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Amerika   Litva  


Bizi "telegram"da izləyin