Qrossi BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürəcəyini açıqlayıb

2024/09/1725427540.jpg
Oxunub: 342     10:11     02 Aprel 2025    
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürə bilər.

Ordu.az-ın məlumatına görə, bu barədə onun özü “La Nacion” qəzetinə bildirib.

Bununla belə, Rafael Qrossi deyib ki, hazırkı baş katib Antoniu Quterreş səlahiyyətlərinin icrasına davam edir:

“Quterreş hələ 2026-cı il, dekabrın 31-dək vəzifəsində qalacaq. Lakin mən bu posta namizədliyimi irəli sürmək ideyasını ciddi şəkildə nəzərdən keçirirəm. ”

Qeyd edək ki, Rafael Qrossi 2019-cu ildən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorudur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrossi   BMT  


Bizi "telegram"da izləyin