Metyu Uitaker ABŞ-nin NATO-dakı daimi nümayəndəsi vəzifəsinə təsdiq edilib

2025/04/1743573748.jpg
Oxunub: 343     09:38     02 Aprel 2025    
ABŞ-nin keçmiş baş prokuroru vəzifəsini icra edən Metyu Uitaker ölkənin NATO-dakı daimi nümayəndəsi vəzifəsinə təsdiq edilib.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Senatı məlumat yayıb.

"Senat Metyu Uitakerin ABŞ-nin NATO-dakı daimi nümayəndəsi vəzifəsinə namizədliyini təsdiqləyib", - səsvermənin nəticələrinə dair Senatın saytında dərc edilmiş məlumatda bildirilib.

Qeyd olunub ki, Senatın 52 üzvü M.Uitakerin lehinə, 45 nəfər isə əleyhinə səs verib.

ABŞ Prezidenti Donald Tramp M.Uitakeri bu vəzifəyə 2024-cü il noyabrın 20-də namizəd göstərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO  


Bizi "telegram"da izləyin