Hindistan yerli yüngül hücum helikopteri “Prachand” üçün 7 milyard dollarlıq sifariş verib

2025/04/1743498157.jpg
Oxunub: 362     13:15     02 Aprel 2025    
Hindistan müdafiə tarixində bir ilk olaraq “Hindustan Aeronautics Limited” (HAL) ilə ən böyük helikopter satınalma müqaviləsini imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Təxminən 62,700 Hindistan rupisi (7,3 milyard dollar) dəyərində olan müqaviləyə əsasən, Hindistan ordusu və Hərbi Hava Qüvvələri (HHQ) üçün ümumilikdə 156 Yüngül Döyüş Helikopteri (LCH) “Prachand” alınacaq.

Müqaviləyə əsasən, Hindistan ordusu üçün 90 ədəd, Hindistan HHQ üçün 66 ədəd LCH satın alınacaq.

Helikopterlər HAL-ın Karnataka əyalətindəki Benqaluru və Tumkur obyektlərində istehsal olunacaq.

Bundan əlavə, bu çərçivədə birbaşa olaraq 8500 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

“LCH Prachand” 5000 metrdən yuxarı yüksəkliklərdə işləmək üçün xüsusi olaraq hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Prachand  


Bizi "telegram"da izləyin