Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
NATO-nun Dəniz Müttəfiqləri Komandanlığı (MARCOM) tərəfindən həyata keçirilən təlim 2025-ci il 24 mart - 4 aprel tarixləri arasında Kadiz körfəzi yaxınlığında və Əndəlüsün cənub sahillərində keçirilir.
Təlimdə Almaniya, Xorvatiya, İspaniya, ABŞ, Fransa, Yunanıstan, İtaliya, Portuqaliya və Türkiyədən ümumilikdə 4000-ə yaxın hərbi qulluqçu, 30 döyüş gəmisi, 2 sualtı qayıq, amfibiya birlikləri və hava elementləri iştirak edir.
NATO Daimi Dəniz Qrupu 2 (SNMG2) və Daimi Minalara Qarşı Tədbirlər Qrupu 2 (SNMCMG2) də müttəfiqlər arasında inteqrasiyanı gücləndirmək məqsədilə təlimdə fəal şəkildə iştirak edəcək.
Sevinc Əliyeva
Ordu.az