UAC Rusiya Aerokosmik Qüvvələrinə ilin ilk “Su-35S” döyüş təyyarəsi partiyasını təhvil verib

2025/04/2025--1743496856.jpg
Oxunub: 386     13:39     02 Aprel 2025    
“United Aircraft Corporation” (UAC) Rusiya Aerokosmik Qüvvələrinə ilin ilk “Su-35S” döyüş təyyarəsi partiyasını təhvil verib.

Ordu.az xəbər verir ki, Rusiyanın “Rostec” dövlət korporasiyası tərəfindən açıqlanan açıqlamada yeni döyüş təyyarələrinin Rusiya Aerokosmik Qüvvələrinə təhvil verildiyi bildirilib.

Təhvil verilən təyyarələr 4++ nəsli kimi tanınan “Su-35S” döyüş təyyarələridir və eyni zamanda 2025-ci ildə bölmələrə təhvil veriləcək ilk döyüş təyyarələri partiyasıdır.

Rusiya Aerokosmik Qüvvələrinə təhvil verilən bütün təyyarələr ilkin olaraq zavod sınaqlarını başa çatdırıb. Növbəti mərhələdə təyyarələr texniki qrup tərəfindən qəbul edilib və Rusiya Müdafiə Nazirliyinin pilotları tərəfindən müxtəlif ssenarilərdə sınaqdan keçirilib.

Son mərhələdə təyyarələr xidmət göstərəcəkləri aviabazalara doğru yola düşüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UAC   Rusiya   Su-35S  


Bizi "telegram"da izləyin