Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Ali Müdafiə Şurası (CSAT) “yüngül korvet” tipli gəminin alınmasına “yaşıl işıq” yandırıldığını açıqlayıb.
“Mövcud təhlükəsizlik kontekstində Şura üzvləri bugünkü iclasda Rumıniya Hərbi Dəniz Qüvvələrinin ən qısa müddətdə geniş spektrli missiyaları yerinə yetirməyə qadir olan yeni yüngül korvetlə təchiz olunmasını araşdırıb və təsdiqləyiblər”, - deyə CSAT-ın bəyanatında qeyd edilir.
Bildirilib ki, bu istiqamətdə Rumıniya Müdafiə Nazirliyi lazımi addımları atmağa başlayacaq.
“Belə bir gəminin təchiz edilməsi mövcud donanmaya əhəmiyyətli dərəcədə təsir göstərəcək və davam edən modernləşdirmə, satınalma proqramlarının bir hissəsi olacaq”, - deyə bəyanatda vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az