Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu ortaqlığın İspaniyanın Asturiya şəhərində zirehli vasitənin inkişaf etdirilməsi və istehsalında əsas rol oynayacağı gözlənilir.
Bu əməkdaşlıq “Indra”nın İspaniya Silahlı Qüvvələrinin modernləşdirilməsi baxımından həyati əhəmiyyət kəsb edən qabaqcıl hərbi vasitələr istehsal etmək üçün lazım olan lisenziya və təcrübə əldə etmək səylərinin nəticəsidir.
“Indra”nın zirehli vasitələrin dizaynı və istehsalı üzrə ixtisaslaşmış Türkiyənin köklü müdafiə şirkəti “Otokar” ilə əməkdaşlığı İspaniya şirkətinə İspaniyanın hərbi avtomobil ehtiyaclarını qarşılamaq üçün lisenziyalar və texniki “nou-hau” təmin edəcək.
ARMA seriyalı zirehli vasitələri ilə tanınan və Avropada güclü varlığı olan “Otokar” bu yaxınlarda Estoniya ilə 230 ədəd ARMA 6x6 tədarükü üçün müqavilə imzaladyıb.
Sevinc Əliyeva
Ordu.az