Ordu.az xəbər verir ki, bu barədə TWZ məlumat yayıb.
“Defence & Aerospace Report”un “Air Power” podkastında danışan iki sabiq səlahiyyətli F-47-nin yaradılması prosesi, “Boeing”-“Lockheed” rəqabəti, layihənin təxirə salınması qərarları və ABŞ-nin hərbi sənaye strategiyası haqqında təəccüblü məlumatları paylaşıblar.
Kendall 2010-cu illərin ortalarında istifadəyə verilən və 1 milyard dollarlıq büdcə ilə həyata keçirilən “Aerospace Innovation Initiative” çərçivəsində 2 stels tipli “X-plane” (sınaq təyyarəsi) hazırlandığını bildirib.
Bu təyyarələr ilk uçuşlarını 2019 və 2022-ci illərdə edib.
“X-plane”lərin məqsədi altıncı nəsil hava üstünlüyü platformalarının kritik texnologiyalarını sınaqdan keçirmək idi”, - deyə Hanter qeyd edib.
Təyyarələrin “Boeing” və “Lockheed Martin” şirkətləri tərəfindən istehsal olunduğu da təsdiqlənib.
NGAD (Next Generation Air Dominance) proqramı çərçivəsində keçirilən müsabiqədə son dizayn olaraq “Boeing”in təklif etdiyi F-47-yə üstünlük verilib.
Hanter bu prosesi “Hər iki dizayn çox yaradıcı idi” sözləri ilə yekunlaşdırıb.
Kendall isə qeyd edib: “Bu dizaynlar aqressiv idi və tamamilə yeni texnologiyaları özündə birləşdirirdi. “Boeing” bu yarışı “Lockheed”dən daha sürətli başa vurdu”.
Sevinc Əliyeva
Ordu.az