Kanadanın Arktikada Rusiya ilə əməkdaşlıq etmək niyyəti yoxdur

2025/03/arcti-1743224861.jpg
Oxunub: 379     05:01     29 Mart 2025    
“Kanada hökuməti Arktika məsələlərində yalnız həmfikir ölkələrlə əməkdaşlıq etmək niyyətindədir və Rusiya onlardan biri deyil”.

Ordu.az-ın “CBC” telekanalına istinadən verdiyi məlumata görə, bunu Kanadanın baş naziri Mark Karni deyib.

“Arktika səfirinin təyin edilməsi qismən buradakı müttəfiqlər və həmfikir ölkələrlə əlaqələrimizi gücləndirmək idi. Rusiya heç bir halda bu ölkələrdən biri deyil” , - hökumət başçısı Monrealda jurnalistlərə deyib.

2024-cü ilin dekabrında Kanadanın xarici işlər naziri Melani Joli Ottavanın Arktika məsələləri üzrə xüsusi səfir təyin edəcəyini və regionda yeni xarici siyasət strategiyasının bir hissəsi olaraq Alyaska və Qrenlandiyada konsulluqlar açacağını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Rusiya  


Bizi "telegram"da izləyin