“Rheinmetall” 2025-ci ilin aprelində F-35A təyyarə gövdəsinin istehsalına başlayacaq

2025/03/1743143421.jpg
Oxunub: 472     15:58     29 Mart 2025    
Almaniyanın müdafiə sənayesi nəhəngi “Rheinmetall” sosial media hesabında “F-35A Lightning II” döyüş təyyarələrinin mərkəzi gövdə hissələrinin istehsalı üçün avadanlıqların yığılmasına başladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, şirkət istehsalına 2025-ci ilin aprelində başlamağı planlaşdırır.

Yanvar ayından ABŞ-dən ağır yük daşımaları “Weeze” hava limanı yaxınlığındakı “AERO-Bildungs GmbH” obyektinə gəlir və burada lazımi avadanlıqlar çatdırılır.

“Rheinmetall” dünyanın ən qabaqcıl döyüş təyyarələrindən biri olan F-35 üçün ən azı 400 mərkəzi gövdə bölməsi istehsal edəcək. İstehsal prosesində “Northrop Grumman”ın maşınlarının bir neçə gün ərzində fabrikdə quraşdırılması nəzərdə tutulur. Şirkət tərəfindən paylaşılan videoda təxminən 5 ton ağırlığında paketlərdə çatdırılan ilk hissələrin görüntüləri yer alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rheinmetall   Almaniya  


Bizi "telegram"da izləyin