Ordu.az xəbər verir ki, Finlandiyada yerləşən müdafiə sənayesi şirkəti “Patria” Rovaniemidə keçirilən “Artic Event” tədbirində yük maşınına quraşdırılmış 8×8 təkərli 155 mm özüyeriyən haubitsa sistemi ARVE-ni təqdim edib.
Finlandiya Müdafiə Qüvvələrinin (FDF) potensial ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuş bu sistem bu gün dolayı atəşin getdikcə artdığı bir vaxtda hazırlanıb.
“Patria” tərəfindən “Artic Event”də təqdim olunan ARVE-nin ümumi sursat daşıma qabiliyyəti 24 ədəddir. Onun standart döyüş sursatı ilə maksimal mənzili 40 km-dir.
Sevinc Əliyeva
Ordu.az