Moskva Ər-Riyad görüşünün yekunları ilə bağlı birgə bəyanatın qəbul olunmamasında Kiyevi günahlandırıb

2025/02/1739461231.jpg
Oxunub: 464     15:14     25 Mart 2025    
"Dünən Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqlarının yekunu üzrə birgə bəyanat “Ukraynanın mövqeyi” səbəbindən qəbul edilməyib”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin sədr müavini Vladimir Çijov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda keçirilən danışıqların yekunları ilə bağlı birgə bəyanatı razılaşdırıblar:

"Onlar 12 saat oturub və deyəsən, birgə bəyanatı razılaşdırıblar, lakin Ukraynanın mövqeyinə görə bəyanat qəbul olunmayıb. Bu, olduqca xarakterik və simptomatikdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Kiyev  


Bizi "telegram"da izləyin