Suriyada baş verən toqquşmalarda ölənlərin sayı kəskin artıb

2025/03/1741522850.jpg
Oxunub: 362     13:24     10 Mart 2025    
Suriyada təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədə sadiq silahlı dəstələr arasında gedən toqquşmalarda həlak olan mülki vətəndaşların sayı 973 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “Al-Nahar” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, qurbanlar arasında əhalinin 12%-ni təşkil edən ələvi etiqadında olan sakinlər üstünlük təşkil edir. Ölənlər arasında qadın və uşaqların da yer aldığı bildirilsə də, onların sayı barədə məlumat verilmir.

Yeni hökumətin qüvvələri üsyan qaldıran sahilyanı Latakiya və Tartus əyələtlərinin rayonlarına nəzarəti bərpa edə bilsələr də, dağlıq ərazilərdə toqqquşmaların davam etdiyi söylənilir.

Martın 6-dan etibarən aparılan hərbi əməliyyatda 250-dən çox üsyançının öldürüldüyü bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Toqquşma  


Bizi "telegram"da izləyin