FT: Kiyev Vaşinqtondan hərbi yardımı bərpa etməyi xahiş edəcək

2024/12/1734708562.jpg
Oxunub: 474     03:14     10 Mart 2025    
Ukrayna Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda ABŞ-dən kəşfiyyat və hərbi dəstəyi bərpa etməyi xahiş edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın “Financial Times” (FT) qəzeti yazıb.

Nəşr bildirib ki, Ukrayna nümayəndə heyəti Amerika tərəfini Kiyevin münaqişəni tez bir zamanda dayandırmağa hazır olduğuna inandırmağa çalışacaq.

O cümlədən, məlum olub ki, Ukrayna tərəfi Moskvaya qarşı qismən atəşkəs, uzaqmənzilli raket və dron zərbələrinə, Qara dənizdə hərbi əməliyyatlara qadağa qoyulması ilə bağlı tələb irəli sürəcək.

“Ukrayna ümid edir ki, bu istiqamətdə danışıqlarda irəliləyiş ABŞ-ı kəşfiyyat məlumatlarının mübadiləsini və silah tədarükünü dondurmaq qərarından dönməyə məcbur edəcək”, - deyə məqalədə vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Vaşinqton   Yardım  


Bizi "telegram"da izləyin