Ukrayna “Starlink”ə alternativ axtarır

2025/03/1741423284.jpg
Oxunub: 627     10:29     10 Mart 2025    
Ukraynanın Rusiya ilə mübarizədə hərbi rabitəni saxlamaq üçün həyati əhəmiyyət kəsb edən “Starlink” peyk internet sisteminə çıxışını itirə biləcəyi iddiaları Kiyevi müxtəlif alternativlər üzərində düşünməyə vadar edir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İlon Maskın Kiyevin “Starlink” şəbəkəsinə çıxışını kəsməklə hədələməsi barədə xəbərlərdən sonra Avropa Komissiyası Ukraynaya peyk rabitəsi imkanlarını təmin etməkdə necə kömək edəcəyini düşünür.

Kosmos əsaslı rabitə sistemləri Ukrayna üçün kritik bir vasitədir, lakin müharibə davam edərkən, Maskın “Starlink”i təklif etməyə davam edib-etməyəcəyi hələ də bəlli deyil.

Bu kontekstdə Ukrayna ötən il ölkədə fəaliyyət göstərən təxminən 42 min “Starlink” terminalının olduğunu və bunun təxminən yarısının Polşa tərəfindən maliyyələşdirildiyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Starlink  


Bizi "telegram"da izləyin