“Nurol Teknoloji”nin istehsal etdiyi Türkiyə zirehlərinə ABŞ qapısı açıldı

2025/03/2025--1741068778.jpg
Oxunub: 477     09:57     10 Mart 2025    
“Nurol Teknoloji” bor karbid keramika ilə həm müdafiə, həm də təhlükəsizlik sektorunda güclü oyunçu olmaq yolundadır.

Ordu.az xəbər verir ki, Türkiyənin, dünyanın qabaqcıl texniki ballistik keramika istehsalçıları və zireh tədarükçülərindən biri olan “Nurol Teknoloji” bu məhsulların ən əhəmiyyətli istifadəçiləri arasında olan ABŞ bazarının qapısını açıb.

Şirkət öz məhsul və imkanlarının nümunələrini Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən IDEX 2025 sərgisində nümayiş etdirib.

“Nurol Teknoloji” baş direktorunun müavini Serpil Gönenç Dinçer açıqlamasında təxminən 2,5 il əvvəl ABŞ-də ofis açdıqlarını deyib.

İşləri nəticəsində ortaya çıxan zireh və keramika məmulatlarını 2 marka altında topladıqlarını izah edən Dinçer bu ofisin yaradılması ilə bu markaların ABŞ şirkətlərində tanınması üçün çalışdıqlarını bildirib.

O, ballistik sektorun bu məhsullardan xəbərdar olduğunu və onları sınamağa, öz layihələrinə daxil etməyə başladığını vurğulayıb.

Dinçer ABŞ bazarına daxil olmaq səyləri ilə bağlı deyib: “5 məhsulumuz Ədliyyə Nazirliyinin laboratoriyasında sertifikatlaşdırılıb. Bu, çox çətin və zəhmətli bir prosesdir. Sınaqdan əlavə, dizayndan istehsala qədər 1,5 illik bir dövrü əhatə edən tədqiqatlar aparıldı. Nəticədə 12 ABŞ şirkəti bu məhsulların lisenziyasını aldı. Bunlar ABŞ ordusuna məhsul tədarük edə bilən şirkətlərdir. Beləliklə, bu şirkətlər bizim məhsullardan istifadə edə, ABŞ ordusuna və polisinə xidmət göstərə biləcəklər”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nurol-Teknoloji   Türkiyə   ABŞ  


Bizi "telegram"da izləyin