KİV: Ukrayna ABŞ ilə mineral ehtiyatlar üzrə saziş imzalamağa razılaşıb

2025/02/1740544219.jpg
Oxunub: 550     01:42     26 Fevral 2025    
Ukrayna ABŞ administrasiyası ilə faydalı qazıntılar üzrə sazişə razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti sazişin yekun variantına istinadən məlumat yayıb.

Sənəddə Kiyev tərəfindən sazişin bağlanması üçün şərtlərdən biri olan Ukraynaya təhlükəsizlik təminatlarından bəhs edilmir.

Bundan əvvəl fevralın 17-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə sözügedən müqaviləni imzalamayacağını bəyan edib. O bunu sənədin ABŞ-nin maraqlarına xidmət etməsi və Ukraynaya təhlükəsizlik zəmanəti verməməsi ilə əsaslandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin