Rusiyanın Marseldəki konsulluğuna hücumla bağlı iki nəfər saxlanılıb

2025/02/1740543054.jpg
Oxunub: 307     23:02     25 Fevral 2025    
Rusiyanın Marseldəki Baş Konsulluğuna hücumda şübhəli bilinən iki nəfər polis tərəfindən saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat verib.

"Marsel prokurorluğu iki yetkin vətəndaşın saxlanmasını və onlar haqqında həbs qətimkan tədbirinin seçilməsini təsdiqləyir", - məlumatda deyilir.

Məlumata görə həmin şəxslərdən biri 1965, ikincisi isə 1977-ci il təvəllüdlüdür. Onların hər ikisi Fransa vətəndaşıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Marsel  


Bizi "telegram"da izləyin