Trampın administrasiyası Kanadanı "Beş Göz" ittifaqından çıxarmaq istəyir

2025/02/1740504991.jpg
Oxunub: 522     21:18     25 Fevral 2025    
Kanadanın “Beş Göz” kəşfiyyat alyansından xaric edilməsi Ağ Evdə ən yüksək səviyyələrdə müzakirə olunur.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə görə, ABŞ prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro Kanadanın Avstraliya, Böyük Britaniya və Yeni Zelandiyanın da daxil olduğu “Beş Göz” alyansından çıxarılması təklifinin müəllifidir.

Nəşrin yazdığına görə, Vaşinqton bununla Ottavanı ABŞ ərazisinə köçən qeyri-qanuni miqrantlarla mübarizəni gücləndirməyə təşviq etmək istəyir.

Qəzet qeyd edib ki, hazırda Trampın bu ideyaya necə reaksiya verdiyi məlum deyil, lakin bu, Ağ Ev rəsmiləri tərəfindən geniş müzakirə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kanada  


Bizi "telegram"da izləyin