Polşa Ukraynaya 200 milyon avroluq yeni yardım paketi hazırlayıb

2024/05/1716968129.jpg
Oxunub: 509     20:15     25 Fevral 2025    
Polşa Ukraynaya dəyəri 200 milyon avrodan çox olan hərbi yardımın daha bir hissəsini köçürməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Nazirlər Kabinetinin iclasının yekununda bildirib.

“Biz Ukraynaya çoxlu ianələr təqdim etmişik. İndi növbəti, dəyəri 200 milyon avrodan çox olan 46-cı ianəni hazırlayırıq”, - o deyib.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Polşanın Baş naziri Donald Tusk ölkəsinin Ukraynaya 100 milyon avro məbləğində növbəti - 45-ci yardım tranşını təqdim edəcəyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin