ABŞ prezidenti Ukraynada seçkilərin keçirilməsi ideyasını dəstəkləyib

2025/02/1739943478.jpg
Oxunub: 366     09:36     19 Fevral 2025    
ABŞ prezidenti Donald Tramp Rusiya ilə münaqişənin həlli çərçivəsində Ukraynada seçkilərin keçirilməsini düzgün hesab etdiyini bildirib.

Ordu.az-ın məlumatına görə, bu barədə o, Floridada jurnalistlərə seçkilərin keçirilməsinin zəruriliyindən danışarkən deyib.

"Bu, Rusiyadan deyil, bizdən və digər tərəflərdən irəli gəlir", - deyə ABŞ prezidenti bildirib.

Onun fikrincə, Ukraynada "insanlar yorulub və bəzi dəyişikliklər istəyir".

"Onların seçkiləri olmayıb, ölkədə mahiyyətcə hərbi vəziyyət hökm sürür, onların liderinin populyarlığı, təəssüf edirəm ki, 4 faiz civarındadır", - deyə D.Tramp əlavə edib.

Döyüşlərin nəticəsində olan dağıntılardan danışan Tramp deyib ki, Ukraynanın bir sıra şəhərləri “Qəzzəyə bənzəyir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna   Seçki  


Bizi "telegram"da izləyin