Ordu.az xəbər verir ki, bu məlumat 17 fevralda Almaniya hökumətinin rəsmi saytında dərc edilmiş Ukrayna Silahlı Qüvvələrinə (SQ) verilən yardımla bağlı siyahıda yer alıb.
Bundan əlavə, paketə Leopard 1 tankları və Marder piyada döyüş maşınları üçün mərmilər, 41 min Gepard döyüş sursatı, 4 ədəd Zuzana 2 özüyeriyən artilleriya qurğusu, 50 min 155 millimetrlik top mərmisi və 2 min 122 millimetrlik mərmi daxil olacaq.
Siyahıda göstərilir ki, Almaniya ehtiyat hissələri ilə birlikdə Kiyevə 51 Vektor kəşfiyyat PUA-sı, 245 RQ-35 Heidrun kəşfiyyat PUA-sı, atıcı silahlar (tüfənglər, pulemyotlar və avtomatlar), döyüş sursatları, yun yorğanlar və sarğılar göndərəcək.
Ordu.az