ABŞ Çinə neft tədarük edən İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

2025/01/1736311269.jpg
Oxunub: 442     23:16     06 Fevral 2025    
ABŞ Maliyyə Nazirliyi İran neftinin Çinə tədarük edilməsinə yardımçı olan fiziki şəxslər, qurumlar və gəmilərə qarşı sanksiyaların tətbiq edildiyini elan edib.

Ordu.az xəbər verir ki, müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

Sanksiya siyahısına beşi İran, biri Hindistan vətəndaşı olmaqla altı fiziki şəxs daxil edilib.

Doqquz hüquqi şəxs də sanksiyalarla üzləşib.

Tətbiq edilən məhdudlaşdırıcı tədbirlər ikisi Panama bayrağı altında, biri Honq Konq bayrağı altında üzən üç gəmiyə də təsir edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Sanksiya  


Bizi "telegram"da izləyin