Ankara Suriyanın hərbi potensialının inkişafına yardım edəcək

2025/02/77878-1738860481.jpg
Oxunub: 654     20:40     06 Fevral 2025    
Türkiyə Suriya Silahlı Qüvvələrinin döyüş qabiliyyətini gücləndirmək üçün fəaliyyət planı hazırlanmasına yardım edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Hürriyet” Türkiyə Milli Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndələrinə istinadən məlumat yayıb.

“Suriyanın yeni hökumətinin tələblərinə uyğun olaraq, biz birgə iş planı hazırlayacağıq. Suriya Ordusunun imkanlarını artırmaq üçün konkret addımlar atacağıq”, - qurumun nümayəndələri bildiriblər.

“Hürriyet” xatırladıb ki, bu həftə Suriyanın keçid dövründəki Prezidenti Əhməd əl-Şaraa Ankaraya səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Əl-Şaraa digər məsələlərlə yanaşı, Suriya ərazisində təhlükəsizliyin təmin edilməsini də müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin