Ordu.az xəbər verir ki, Görgün təmasları çərçivəsində Türkiyənin Maskatdakı səfirliyində müxtəlif görüşlər keçirib.
Görgün əvvəlcə Türkiyənin Maskatdakı səfiri Muhammet Hekimoğlu, daha sonra Oman Müdafiə Nazirliyinin baş katibi Məhəmməd Bin Nasser Al Zaabi ilə görüşüb.
Türkiyə MSK sədri Omanın müdafiə sənayesi sektorunun aparıcı nümayəndələri ilə görüşəcək.
Görgünü Omana iki günlük səfəri zamanı ASELSAN Baş direktoru Ahmet Akyol, ROKETSAN Baş direktoru Murat İkinci, TUSAŞ Baş direktoru Mehmet Demiroğlu, HAVELSAN baş direktoru Mehmet Akif Nacar və müdafiə sənayesi şirkətlərinin rəhbərləri də müşayiət edəcək.
Sevinc Əliyeva
Ordu.az