“Hraparak”: Ermənistanın hakimiyyət dairələri təşviş içindədirlər

2025/02/1738740376.jpg
Oxunub: 631     16:41     06 Fevral 2025    
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırmaq qərarı təkcə dünyada deyil, Ermənistanda da panikaya səbəb olub, çünki siyasi fəalların böyük bir qrupu illərdir ABŞ-nin proqramlarından qidalanırdı.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, amma Ermənistanın hakimiyyət dairələri də təşviş içindədirlər, çünki anlayırlar ki, bundan sonra xaricdən maliyyədən məhrum olanların hədəfinə və maliyyəçisinə çevriləcəklər.

“Artıq bəzi QHT nümayəndələri Ermənistan hökumətinin onların itkilərini kompensasiya etməli olduğunu ifadə edirlər. Yaxın vaxtlarda onların maliyyələşməsi bərpa olunmasa, bəzi QHT-lərin maliyyə problemlərini hökumətin öz üzərinə götürməsi mümkündür. Xatırladaq ki, ofisin bağlanması Tramp və amerikalı milyarder İlon Maskın birgə qərarı olub və bu, dövlət xərclərinin azaldılması kontekstində qəbul edilib. USAID 1960-cı illərin əvvəllərində yaradılıb və ABŞ-nin müxtəlif ölkələrə göstərdiyi yardım proqramlarını idarə edir. Təşkilatın Ermənistan da daxil olmaqla, 60-dan çox ölkədə bazaları var. Tramp xaricdə böyük xərclər və digər ölkələr tərəfindən verilən yardımları tənqid edir, USAID-i idarə edən yüksək dərəcəli rəsmiləri isə “radikal dəlilər” kimi xarakterizə edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin