Səudiyyə Ərəbistanı 2025-ci il üçün böyük müdafiə büdcəsini açıqlayıb

2025/02/1738739897.jpg
Oxunub: 636     14:47     06 Fevral 2025    
Səudiyyə Ərəbistanının Hərbi Sənaye Baş İdarəsinin (GAMI) sədri Əhməd Əl-Ohali Səudiyyə Ərəbistanı Krallığının 2025-ci ildə müdafiə xərcləri üçün 78 milyard dollar ayırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Əhməd Əl-Ohali açıqlamasında bildirib.

“Krallıq 2025-ci il büdcəsində hərbi sektora təxminən 78 milyard dollar ayırıb. Bu rəqəm ümumi dövlət xərclərinin 21%-ni və Səudiyyə Ərəbistanının ümumi daxili məhsulunun 7,1%-ni təşkil edir”, - deyə o qeyd edib.

Əhməd Əl-Ohali, həmçinin vurğulayıb ki, Krallıq illik 4,5 faizlik müdafiə artımı əldə edib, bu da onu dünyada müdafiə xərclərinə görə beşinci, ərəb dünyasında isə ən böyük ölkəyə çevirib.

Tarixən dünyanın ən böyük müdafiə idxalçılarından biri olan Səudiyyə Ərəbistanı 2016-cı ildə başlatdığı “Vizyon 2030” proqramına böyük diqqət yetirir. Vizyon Krallığın neft sektorundan asılılığını azaltmaq və milli istehsala əsaslanan digər sektorları gücləndirmək məqsədi daşıyır.

“Vizyon 2030”, həmçinin 2030-cu ilə qədər bütün müdafiə xərclərinin 50 faizinin yerliləşdirilməsini hədəfləyir və müdafiə firmalarını Krallıqda regional mərkəzlər açmağa sövq edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   GAMI  


Bizi "telegram"da izləyin