Poltavada raket zərbəsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

2024/09/1725438441.jpg
Oxunub: 531     16:06     02 Fevral 2025    
Fevralın 1-də Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Poltava şəhərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti və vilayət hərbi administrasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, qismən dağılmış beşmərtəbəli binanın dağıntıları altından daha bir neçə meyit çıxarılıb. Ölənlər arasında iki uşaq var.

Bundan başqa, qurumun məlumatına görə, raket hücumu nəticəsində 17 nəfər, o cümlədən dörd uşaq xəsarət alıb. FVDX əməkdaşları 22 nəfəri xilas ediblər. Raket zərbəsi yerində axtarış işləri davam edir.

Əvvəllər yeddi nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, fevralın 1-də Rusiya qüvvələri Ukraynaya 123 dron və 42 müxtəlif növ raket buraxmaqla kombinə edilmiş zərbə endirib. Poltavada raket beşmərtəbəli binaya düşüb, nəticədə bütöv bir giriş dağılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Poltava   Raket  


Bizi "telegram"da izləyin