Türkiyənin növbəti humanitar yardımı Qəzzaya çatıb

2025/02/1738494438.jpg
Oxunub: 827     15:02     02 Fevral 2025    
Türkiyənin növbəti humanitar yardımı Qəzzaya çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, çadır və yorğanlardan ibarət humanitar yardımı daşıyan yük maşınları Rəfah keçid məntəqəsindən keçərək Qəzzaya çatıb.

“Dövlətimizin gücü və millətimizin dəstəyi ilə Fələstinin yanındayıq”, – paylaşımda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qəzza  


Bizi "telegram"da izləyin