İsrail ordusu İordan çayı sahilində əməliyyatların genişləndirildiyini açıqlayıb

2024/08/1724386913.jpg
Oxunub: 507     14:27     02 Fevral 2025    
İsrail Müdafiə Qüvvələri yanvarın 21-də İordan çayının qərb sahilinin şimalında başlayan terrorla mübarizə əməliyyatlarını genişləndirib. Mübarizə daha 5 yaşayış məntəqəsində aparılır.

Ordu.az xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Qüvvələri bəyanat yayıb.

“Ordumuz Samariyanın şimalında terrorizmin qarşısını almaq üçün əməliyyatı beş yaşayış məntəqəsinə genişləndirir” – bəyanatda qeyd edilir. İsrail ordusunun mətbuat xidməti təsdiqləyib ki, fevralın 1-də İordan çayının qərb sahilinin şimalında Kabatiya və Cenində silahlı radikal birləşmələrə üç hava zərbəsi endirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İordan-çayı   İsrail-ordusu  


Bizi "telegram"da izləyin