Çin ABŞ-nin əlavə rüsumlar tətbiq etməsi ilə bağlı ÜTT-yə şikayət edəcək

2024/10/1728453293.jpg
Oxunub: 616     10:12     02 Fevral 2025    
Rəsmi Pekin, ABŞ-nin əlavə rüsumlar tətbiq etməsi ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Vaşinqtonun əlavə rüsumlar tətbiq etməsi ÜTT-nin qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndirilir. Cavab olaraq, Çin də ABŞ-dən idxal olunan mallara əlavə rüsum tətbiq edəcək.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Çin, Kanada və Meksikadan idxal olunan bəzi məhsullara əlavə rüsum tətbiq etmək barədə qərar qəbul edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin