ABŞ Qəzzadakı girovların azadlığı üçün İsraillə işləməyə davam edəcək

2025/01/1738300878.jpg
Oxunub: 571     06:28     02 Fevral 2025    
ABŞ hökuməti Qəzza zolağından bütün girovların azad edilməsi üçün İsraillə işləməyə davam edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.

"Bu gün biz Qəzzada Həmas əsirliyindən üç girovun, o cümlədən amerikalı Keyt Siqalın azad edilməsini qeyd edirik. Prezident Tramp bütün dünyada amerikalıların təhlükəsizliyini öz administrasiyasının əsas prioriteti edib. Birləşmiş Ştatlar bütün qalan girovları ailələri ilə birləşdirmək və regionda sülhü təmin etmək üçün İsraillə işləməyə davam edəcək", - Rubio bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qəzza  


Bizi "telegram"da izləyin