"Baykar" keçən il 1,8 milyard dollarlıq ixracat həyata keçirib

2024/04/Ekran-1714218872.jpg
Oxunub: 573     23:46     01 Fevral 2025    
Dünyanın Pilotsuz Uçuş Aparatı (PUA) ixracat bazarının lideri olan "Baykar" keçən il 1,8 milyard dollarlıq ixracat həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə "Baykar"ın verdiyi açıqlamada deyilir.

Açıqlamada, ötən ildə 1,8 milyard dollarlıq ixracatla "Baykar"ın, keçən il gəlirlərinin 90 faizini ixracatdan əldə etdiyi bildirilib.

"Baykar" baş direktoru Haluk Bayraktar, X sosial şəbəkəsində etdiyi paylaşımda Türkiyənin texnoloji müstəqilliyinə töhfə vermək üçün təxminən 20 il əvvəl maneələrlə dolu bir səyahətə çıxdıqlarını vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə sektorun ixracatının üçdə birini reallaşdıran "Baykar" ötən ildə də müdafiə və aviasiya sektorunun ümumi ixracının dörddə birini reallaşdıraraq Türkiyəni qlobal PUA ixracat bazarında lider edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baykar   İxracat  


Bizi "telegram"da izləyin