İstefada olan general İsrail ordusunun Baş qərargah rəisi təyin ediləcək

2025/02/1738462174.jpg
Oxunub: 651     00:49     02 Fevral 2025    
İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Kats Eyal Zamirin İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi təyin edilməsi barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin hökumət başçısının aparatı məlumat yayıb.

Eyal Zamiri istefada olan general-mayordur.

Xatırladaq ki, yanvarın 21-də Herzi Halevi 2025-ci il martın 6-dan etibarən istefa ərizəsi verdiyini açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Baş-Qərargah  


Bizi "telegram"da izləyin