Ordu.az xəbər verir ki, bu barədə "Reuters" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, çoxlu sayda meyit hələ də Qoma şəhərinin küçələrindədir. Çünki meyitxanalar həddən artıq doludur.
Ötən gün BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı və onun tərəfdaşlarının Konqo hökuməti ilə birlikdə yanvarın 26-dan 30-a kimi apardığı qiymətləndirmə əsasında 700 nəfər öldüyü, 2 800 nəfər yaralandığı məlum olub.
Qeyd edək ki, üsyançılar şəhərə demək olar ki, tamamilə nəzarət edir.
Ordu.az