Beş ərəb ölkəsi fələstinlilərin hüquqlarının pozulmasına qarşı olduqlarını bəyan edib

2025/02/thumb-1738417604.jpg
Oxunub: 563     17:29     01 Fevral 2025    
Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-nin xarici işlər nazirləri və Ərəb Dövlətləri Liqasının baş katibi köçürülmə də daxil olmaqla, fələstinlilərin ayrılmaz hüquqlarının pozulmasına qarşı olduqlarını bəyan ediblər.

Ordu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qahirədə keçirilən görüşün yekunu üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.

Görüş iştirakçıları həmçinin beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını iki dövlət haqqında qərarın həyata keçirilməsinə başlamağa çağırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərəb-ölkəsi   Fələstin  


Bizi "telegram"da izləyin