Sudanda bazarda partlayış nəticəsində 54 nəfər həlak olub - YENİLƏNİB

2025/02/ff604-1738420059.jpg
Oxunub: 828     21:17     01 Fevral 2025    
Sudanda Çevik Dəstək Qüvvələrinin Omdurman şəhərində bazara endirdiyi artilleriya zərbəsi nəticəsində 54 nəfərin öldüyünü, 158 nəfərin yaralandığını bildirib.

Ordu.az xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi ölkədəki qarşıdurmanın xəstəliklərin yayılmasına və səhiyyə sisteminin iflic olmasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

***

Sudanın Omdurman şəhərindəki bazarda baş verən partlayış nəticəsində ən azı 40 nəfər həlak olub.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Mənbələr partlayışın arxasında Çevik Dəstək Qüvvələrinin durduğunu bildiriblər.

Digər təfərrüatlar hələlik açıqlanmır.

Sudanda vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri və ordu komandanı Əbdül Fəttah əl-Bürhan ilə Çevik Dəstək Qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında yaranmış fikir ayrılığı səbəbindən gərginləşib.

Onlar arasındakı əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılması müddəti və metodları, həmçinin baş komandan vəzifəsini peşəkar hərbçinin yoxsa seçilmiş mülki prezidentin icra etməli olması məsələləri ilə bağlıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sudan   Partlayış  


Bizi "telegram"da izləyin