Ordu.az xəbər verir ki, sərgidə texnologiyanın ən son yenilikləri haqqında aktual məlumat əldə etmək, şirkətlər tərəfindən hazırlanmış ən son məhsullarla tanış olmaq, bu sahədə mütəxəssislərlə əlaqə qurmaq kimi imkanlar qiymətləndirilib.
“SPIE Photonics West” 2025-ci il yanvarın 25-30-da təşkil edilib.
Tədbirdə şirkətlərin və elmi-tədqiqat təşkilatlarının son yenilikləri haqqında təqdimatlar edilib.
Tədbiri Beynəlxalq Optika və Fotonika Cəmiyyəti (SPIE) təşkil edir.
SPIE işıq əsaslı elm və texnologiyanı inkişaf etdirmək üçün mühəndisləri, alimləri, tələbələri və mütəxəssisləri bir araya gətirir.
Sevinc Əliyeva
Ordu.az