Ordu.az xəbər verir ki, bu barədə Tayvan administrasiyasının Rəqəmsal İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Açıqlamada “DeepSeek”in SZ tətbiqinin Çin mənşəli olduğu üçün təhlükəsizlik riski yaratdığı və bu səbəbdən rəsmi qurumlarda istifadə edilməməsi lazım olduğu bildirilib.
“DeepSeek”in SZ tətbiqi Çin mənşəli məhsuldur, onun işləməsi sərhədlərarası köçürmə, məlumat sızması və digər təhlükəsizlik problemlərini gətirir. Məhsul Tayvanın informasiya təhlükəsizliyini təhlükə altına qoyur”, - deyə açıqlamada qeyd edilib.
Çin şirkəti “DeepSeek” tərəfindən ucuz qiymətə hazırlanan SZ tətbiqi böyük investisiyalarla sektora hakim olan ABŞ şirkətlərinin hazırladığı modelləri geridə qoyaraq, texnologiya dünyasına şok təsir bağışlayıb.
Sevinc Əliyeva
Ordu.az