Ordu.az xəbər verir ki, Finlandiyanın paytaxtı Helsinkidə keçirilən görüşdən sonra NORDEFCO ölkələrinin müdafiə nazirləri birgə bəyanatla çıxış ediblər.
Açıqlamada NATO üzvləri olaraq Skandinaviya ölkələrinin bir-birinə və digər müttəfiq ölkələrə dəstək verəcəyi, NATO-nun hər bir hissəsinin qorunacağı vurğulanıb.
Hərbi əməkdaşlığın artırılacağı və NATO-nun regional müdafiə təşəbbüslərinə dəstək veriləcəyi qeyd edilib.
Açıqlamada Rusiyanın Ukraynaya qarşı düşmən münasibəti səbəbindən bölgədə artan qeyri-müəyyənlik qarşısında birlik və güclü olmağın zəruri olduğu bildirilib, Ukraynaya verilən sarsılmaz dəstək vurğulanıb.
2009-cu ildə yaradılan NORDEFCO üzv ölkələrin müdafiə qabiliyyətini yaxşılaşdırmağı və əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az