TBMM-in keçmiş erməni deputatı: “Biz hamımız dəhlizdən istifadə edəcəyik, təhlükəsizliyi əldə etmək üçün sülhün tərəfində olmalıyıq”

2025/02/1738398152.jpg
Oxunub: 612     17:12     01 Fevral 2025    
“Biz hamımız dəhlizdən istifadə edəcəyik, təhlükəsizliyi əldə etmək üçün sülhün tərəfində olmalıyıq”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin keçmiş erməni deputatı, “Karnegi” beynəlxalq sülh fondunun nümayəndəsi Karo Paylan deyib.

Onun sözlrinə görə, “Sülh kəsişməsi” adlanıdırılan dəhliz Türkiyə, Ermənistan və Azərbaycandan keçir.

“Bu yoldan hamımız faydalanacağıq. Tramp bu yola sərmayə qoymağı təklif etsə, bundan nəinki ermənilər, hamı faydalanacaq. Hava yolları olacaq, mallar keçəcək və bu hamımızın təhlükəsizliyinin qarantiyası olacaq, çünki beləliklə sərhədlər açılacaq, iqtisadiyyatımız yüksələcək, hər iki tərəf faydalanacaq. Biz sülhün tərəfində olmalıyıq, çünki silahlanma yarışında qalib gələ bilməyəcəyik, biz 2,5 milyonuq, amma sülhlə təhlükəsizliyi qazana bilərik”, - deyə Paylan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TBMM   Ermənistan  


Bizi "telegram"da izləyin