Ordu.az xəbər verir ki, bu barədə Mərakeşin “Le Desk” nəşri məlumat yayıb.
2021-ci ildən etibarən “Baykar”dan silah sistemləri tədarük edən Mərakeşin “Baykar” üçün böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Son aylarda hazırda “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatından (PUA) istifadə edən Mərakeşin “Akıncı” zərbə PUA-sını inventarına daxil etmək istədiyi iddia edilib.
“Baykar” hazırda Azərbaycanda və Ukraynada, eləcə də Türkiyədə obyekt investisiyalarına malikdir.
Bundan əlavə, Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxin son həftələrdə Türkiyəyə səfəri zamanı “Baykar”ın Monqolustan paytaxtı Ulan-Bator yaxınlığında istehsal müəssisəsi açacağı ilə bağlı iddialar da mətbuatda öz əksini tapıb.
Baykarın Rabatda “Atlas Defense” adlı şirkət qurduğu da iddia edilir.
Sevinc Əliyeva
Ordu.az