Filadelfiyada təyyarə qəzası nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB

2025/02/1738383922.jpg
Oxunub: 1091     22:55     01 Fevral 2025    
ABŞ-nin Filadelfiya şəhərində baş vermiş təyyarə qəzası nəticəsində 7 nəfər, təyyarənin göyərtəsində olan 6 nəfər və bir yerli sakin həlak olub.

Ordu.az xəbər verir ki, bu haqda şəhər meriyasının rəhbəri məlumat verib.

O həmçinin hadisə zamanı 19 nəfərin də yaralandığını bildirib.

***

Filadelfiyanın şimal-şərqində baş verən təyyarə qəzası zamanı hava gəmisinin göyərtəsində olan altı nəfərin hamısı həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

***

Filadelfiyanın şimal-şərqində təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, “Fox News”a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 6 nəfər olub.

“Filadelfiyanın şimal-şərqindəki hava limanından yenicə qalxan təyyarədə altı nəfər olub. İki pilot, iki həkim, bir xəstə və bir ailə üzvü”, - telekanal qeyd edib.

Bundan əlavə, qəza nəticəsində Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə evin yandırıldığı bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filadelfiya   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin